Sosial şəbəkədə biz:

Pakistanda daxili işlər naziri öldürüldü

Pakistanda baş verən terror aktında Pəncab əyalətinin daxili işlər naziri Şuja Xanzade öldürülüb. Musavat.com-un məlumatına görə, partlayış baş verən binadan 10 cəsəd çıxarılıb. Daxili işlər nazirinin cəsədinin isə dağıntılar altından hələ də çıxarılmadığı bildirilir. Uçmuş binanın altında 20-dən çox cəsədin qaldığı ehtimal edilir. Terror aktı zamanı yaralanan 4 nəfərin isə müalicəsi davam edir. Terroru heç bir qruplaşma öz üzərinə götürməyib. Qeyd edək ki, partlayan bina nazirin ofis kimi istifadə etdiyi evi imiş.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol