Sosial şəbəkədə biz:

“Ona “mandraj”dasan”, “özünə gəl” dedim”- Hüseynov

Dünən Topaz Premyer Liqasında 2-ci turun oyunları keçirilib. “Qafqazinfo” xəbər verir ki, “Xəzər Lənkəran” səfərdə “Sumqayıt”la üz-üzə gəlib və matça 1:1-lik bərabərliklə yekunlaşıb. Oyundan sonra cənubluların baş məşqçisi Yunis Hüseynov mətbuat konfransında hakimlikdən narazı qaldığını bildirib: “Oyun ağır keçdi. “Xəzər Lənkəran” və “Sumqayıt” komandalarının görüşü həmişə çətin alınır. “Biz qalib gəlmək istəyirdik və bunun üçün imkanlarımız da vardı. Futbolçular döyüşdülər və mən komandamdan razı qaldım. Çatışmazlıqlar təcrübəsizlikdən qaynaqlanır. Qarşıda bizi “Rəvan”la ağır oyun gözləyir. Gənclər mübarizə aparırlar, amma onlardan hələ ki, tam razı deyiləm. Öz üzərlərində işləməlidirlər. Ciddi bir şey olmadı. Sadəcə, hakim sanki özünü itirmişdi. Mən də ona “deyəsən “mandraj”dasan, özünə gəl” dedim”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol