Sosial şəbəkədə biz:

“Azəriqaz”ın sürücüsü özünü 10-cu mərtəbədən atdı

Bakıda intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsi 126 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü İqbal Kərtim oğlu Zeynalov 10-cu mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Nizami Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, intihar edən şəxs “Azəriqaz”da sürücü işləyirmiş. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol