Sosial şəbəkədə biz:

“ZİYA MƏMMƏDOV BAŞ NAZİRİN MÜAVİNİ OLACAQ” - İddia

Azərbaycanda parlament seçkiləri ərəfəsində struktur islahatları həyata keçiriləcək. Bu barədə Modern.az-a məlumat verən mənbə qeyd edib ki, dəyişikliklər nəticəsində uzun illər Azərbaycanda nəqliyyat sektoruna rəhbərlik edən Ziya Məmmədov tutduğu nəqliyyat naziri postundan uzaqlaşdırılacaq. Ziya Məmmədova başqa vəzifə veriləcək. Mənbə bildirib ki, nəqliyyat naziri Ziya Məmmədov Baş nazirin müavini postuna gələcək. Artıq məsələ ilə bağlı Ziya Məmmədovun özünün məlumatlandırıldığı da deyilir. Onun hansı sahələrə nəzarət edəcəyinə gəlincə, qeyd edilir ki, bir neçə baş nazirin müavini kimi Ziya Məmmədov da daha çox kabinet adamı olacaq. Məsələni bir az da konkretləşdirsək, o, təxminən hazırkı baş nazirin müavini İsmət Abbasov statuslu bir vəzifədə olacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol