Sosial şəbəkədə biz:

Xırdalan şəhərinə bir sutkadır elektrik enerjisi verilmir - Sakinlər rəsmi qurumların müdaxiləsini istəyir

18 August 2017, 14:06
Gündəm
  Dünən axşam saatlarından başlayaraq Xırdalan şəhərində elektrik enerjisinin verilişi dayandırılıb. Bu barədə məlumatı Azinforum.az-a şəhər sakinləri verib. Onların sözlərinə görə,  isti günlərdə elektrikin verilməməsi əlavə diskamfortlar yaradır: "Mənzillərə su verilə bilmir, liftlər  işləmir, mənzillərdə kondsionerləri çalışdırmaq mümkün deyil. Təəssüflər olsun ki, rəsmi qurumlar tərəfindən bizə heç bir izahat verilmir". Azinforum.az yaranmış problemə aydınlıq gətirmək üçün Xırdalan şəhər elektrik idarəsilə əlaqə saxlayıb. Adının çəkilməsini istəməyən əməkdaş bizə bildirdi  ki, elektrikin verilişində yaranan fasilə ərazidəki qəza ilə bağlıdır: "Narahatçılığa əsas yoxdur, bir neçə saatdan sonra elektrikin verilişi tam bərpa olacaq". Çinarə Azinforum.az