Sosial şəbəkədə biz:

Rusiya aviaşirkəti Azərbaycana uçuşlardan imtina edib – Səbəb

18 August 2017, 14:17
Gündəm
"Pobeda" aşağı büdcəli aviaşirkət 2017-ci ilin qış cədvəlində Rostov-Dondan Azərbaycanın paytaxtına reysu bərpa etməkdən imtina edib. Bu barədə "Don-TR" telekanalı şirkətin mətbuat katibi Yelena Selivanovaya istinadən bildirib. "Azərbaycanın paytaxtı Bakının hava limanının tarifləri çox yüksək olduğundan "Pobeda" Bakıya reyslərin bərpasını planlaşdırmır. Rostov-Dondan Bakıya reyslərin yerinə yetirilməsi üçün "Pobeda" qiymətlərin dəyərini də artırmalı olacaqdır", – Y.Selivanova əlavə edib. (Turan)