Sosial şəbəkədə biz:

Neft Fondu 16 il ərzində 125 milyard 718 milyon dollar gəlir əldə edib – Açıqlama

18 August 2017, 17:41
Gündəm
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 125 milyard 718 milyon ABŞ dolları gəlir əldə edib. ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, bu ilin yanvar-iyul aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 3 milyard 609 milyon dollar vəsait daxil olub.