Sosial şəbəkədə biz:

Şahdağ Millli Parkında yanğın baş verib

20 August 2017, 10:24
Gündəm
Şahdağ Millli Parkında yanğın hadisəsi olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın Qəbələ rayonunun Tikanlı kənd ilə sərhədində, saat 08:45-də başlayıb. Dərhal hadisə barədə Fövqəladə Hallar Nazirliyinin yerli strukturuna məlumat verilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri əl əməyindən istifadə etməklə yanğının söndürülməsinə cəlb olunub. Yanğın təxminən 1 hektar kolluq ərazini əhatə edib. Hazırda yanğın lokallaşdırılmaq üzrədir.