Sosial şəbəkədə biz:

“Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı:"Səviyyəni düz 90-cı dəqiqəyədək saxlamalıyıq”

20 August 2017, 16:05
Gündəm
"Qarabağ”la qarşıdakı matçda "Senderyuske” ilə görüşdə sərgilədiyimiz oyun səviyyəsini 1-ci dəqiqədən düz 90-cı dəqiqəyədək saxlamalıyıq”. Qol.az-ın xəbərinə görə, bu sözləri "Kopenhagen”in baş məşqçisi Stal Solbakken Danimarka superliqasında "Senderyuske”yə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra deyib. "Əgər belə olarsa, növbəti mərhələyə adlaya bilərik” – deyə, o, vurğulayıb. Xatırladaq ki, "Kopenhagen” – "Qarabağ” matçı avqustun 23-də keçiriləcək. Bu komandaların Bakıdakı ilk oyununda Ağdam klubu 1:0 hesabı ilə qələbə qazanıb.