Sosial şəbəkədə biz:

“Sədərək”də 400 dükan bağlandı, sahibkarlar bazarı tərk edir

Son bir neçə ayda «Sədərək»də 400 dükan fəaliyyətini dayandırıb Azərbaycanda iqtisadi böhran artıq iri ticarət mərkəzlərinin fəaliyyətində özünü göstərməyə başlayıb. “Azadlıq”a daxil olan məlumata görə, Bakının ən iri ticarət mərkəzlərindən olan “Sədərək” bazarı çökmək üzrədir. Məlumatda deyilir ki, icarədarlar bazarı tərk etməyə başlayıb. Son bir neçə ayda bazarda 400 dükan fəaliyyətini dayandırıb. Məlumata görə, icarədarların bazarı tərk etməsinə səbəb alıcılıq qabiliyyətinin olmamasıdır. “Bütün günü bazarda otururuq, alver yoxdur. Qazanc yoxdur, amma yer pulu veririk. Olan-qalan pulumuz da yer puluna gedir. Ona görə də məcburuq dükanlarımızı təhvil verək”, – deyə “Sədərək”dən çıxan icarədarlardan biri qəzetimizə bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol