Sosial şəbəkədə biz:

Azərbaycanda polkovnik yol qəzasında həlak olub

21 August 2017, 11:02
Gündəm
Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. AzVision.az xəbər verir ki, Bakı-Qazax magistral avtomobil yolunun 435-ci km-də Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində “Mercedes”in sürücüsü, Dövlət Gömrük Komitəsinin əməkdaşı, polkovnik-leytenant Kərimov Rafiq Baratəli oğlu həlak olub. Qəza zamanı xəsarət alan digər şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.