Sosial şəbəkədə biz:

Bu səhər siz də “Sahil”ə gedib qayıtmısız? - Video

21 August 2017, 14:13
Gündəm
Xəbər verdiyimiz kimi, bu gündən Bakı Metropoliteninin “Sahil” stansiyası bağlanıb. “Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədov səhər saatlarından təmir işlərinə başlanılan stansiyada olub. “Sahil”in giriş-çıxışı, hətta platforması belə artıq qapadılıb. Divarlarda söküntü işlərinə start verilib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Qafqazinfo”ya bildirib ki, stansiya bir də 2018-ci ilin yayında sərnişinlərin üzünə açılacaq. Həm də yeni görkəmdə... Bir il müddətinə daxil ola bilməyəcəyiniz stansiyadan görüntüləri təqdim edirik: