Sosial şəbəkədə biz:

Qaz idarəsindən vətəndaşa saymazyana sayğac cavabı

“Avqustun 6-da küçəmizdə yol-nəqliyyatı hadisəsi baş verib. Nəticədə küçədəki qaz xətti və bizim evin qaz sayğacı sıradan çıxıb. Əsl problemlərimiz də bundan sonra başlayıb”. Bunu virtualaz.org saytına ünvanlandığı şikayətində Nizami rayonu, Keşlə qəsəbəi, Qurban Sadıq küçəsi, 18-də yaşayan Fuad Nuruzadə bildirib. Şikayətçinin sözlərinə görə, qəza hadisəsi aktlaşdırılıb, qəzaya səbəb olan sürücüdən izahat alınıb: “Sakinlərin şikayətindən sonra qaz xətti bərpa edildi. Mənə isə sayğacım sıradan çıxdığı üçün hələ də qaz verilmir. Nizami Rayon Qaz İstismarı İdarəsinə dəfələrlə müraciət etmişəm. İdarədən deyirlər ki, get sürücünü axtar tap, ondan sayğacının pulunu al, sonra sənə qaz verək. Və ya polisə şikayət et, sürücü həbs olunandan sonra sayğac quraşdıraq. Axı günahkarı axtarmaq mənim vəzifəm deyl”. F.Nuruzadə qeyd etdi ki, ayın 6-dan indiyədək hər gün qaz idarəsinə, “Azəriqaz” İstehsalat Birliyinə ayaq döyür. Lakin şikayətinə baxılmır. Qəzanı törədən sürücünü isə tapa bilmir. Nizami Rayon Qaz İstismarı İdarəsindən isə virtualaz.org saytına bu şikayətdən xəbərdar olmadıqlarını, buna görə də münasibət bildirməyəcəklərini dedilər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol