Sosial şəbəkədə biz:

Müəllimlərin işə qəbulu prosesində 11 saxta diplom aşkarlanıb

25 August 2017, 13:52
Gündəm
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində saxta diplomlar aşkarlanıb. “Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, müsahibə mərhələsinin başladığı bu müddət ərzində artıq 11 saxta diplom aşkarlanıb. Avqustun 21-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. 5225 nəfərin buraxıldığı həmin mərhələdə bu günədək artıq 3000-dən çox  namizəd müsahibədən keçib. Müsahibə mərhələsi avqustun 26-da başa çatacaq.