Sosial şəbəkədə biz:

Yağış və leysan olacaq

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu nisbətən enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 20-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz, dəyişkən buludlu olacaq, lakin axşam doğru buludluluq artacaq. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 22-26, gündüz 30-35 dərəcə isti olacaq. Avqustun 20-si axşam və avqustun 21-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, temperaturun aşağı enməsi müsbət amildir. Avqustun 22-də mülayim xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir. Avqustun 20-si axşamdan avqustun 23-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol