Sosial şəbəkədə biz:

Azərbaycanda olimpiada qurtardı, Ağcabədidə yox

Şahin Məmmədovun müavinləri rayonda hələ də «olimpiada pulu» yığırlar Azərbaycanda keçirilmiş Avropa Oyunları başa çatsa da, bəzi icra başçıları üçün proses hələ yekunlaşmayıb. JAM.AZ xəbər verir ki, bu barədə məlumatı Demokratiya.info saytı yayıb. Həmin məlumatda deyilir ki, hazırda rayonun sahibkarları, idarə və müəssisə rəhbərləri icra başçısının müavinlərinin hədəfindədirlər. Rayondan verilən məlumatda qeyd olunur ki, Ağcabədidə icra başçısı Şahin Məmmədovun göstərişinə əsasən hələ də «olimpiada pulu» yığılır. “Prosesi həyata keçirən İcra Hakimiyyətinin işçiləri bu yığımı belə əsaslandırırlar ki, guya, icra başçısı Şahin Məmmədov həmin ərəfədə olimpiadada xeyli pul xərcləyib və onun da böyük qismini borc götürüb. İndi də həmin pulu geri qaytarmaq zərurəti yaranıb və o səbəbdən də hamı «xərac» verməlidir”. Sayt iddia edir ki, bütün bunların hamısı bəhanədir. Onların qənaətinə görə, məqsəd Şahin Məmmədovun daha çox qazanmasını təmin etməkdir. “Eyni zamanda, Şahin Məmmədov artıq vəzifəsindən gedəcəyini bildiyi üçün yekun «akkordları»nı vurur. Belə ki, icra başçısı gedər ayaqda bütün məmurlardan pul toplatdıraraq, problemlərini birdəfəlik çözmək istəyir”. Qarşı tərəfi də dinləməyə hazırıq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol