Ən çox yanacaq oğurlayan yanacaqdoldurma məntəqələri – SİYAHI
Azərbaycanda elə bir sürücü tapılmaz ki, yanacağın keyfiyyətindən, yanacaqdoldurma məntəqələrində avtomobillərə vurulan yanacağın ödənilən pulun dəyərindən az vurulmasından narazılıq etməsin. Hər yanacaqdoldurma məntəqəsində yanacaq çəninə fərqli tutumda yanacaq vururlar. Koordinat.az xəbər verir ki, avtosfer.az bununla bağlı sürücülər arasında sorğu keçirib. İki aya yaxın davam edən sorğuda 4389 nəfər iştirak edib. «Hansı yanacaqdoldurma məntəqəsində daha çox benzin kəsirlər» sualına respondentlər aşağıdakı şəkildə cavab veriblər: Azpetrol 1440 nəfər LUKoil 1362 nəfər SOCAR 1021 nəfər X-Petrol - 80 nəfər BNQ Petrol - 34 nəfər İST Petrol - 523 nəfər ABU Petrol - 316 nəfər Çiraq Petrol - 64 nəfər OSCAR Petrol - 83 nəfər.