Sosial şəbəkədə biz:

Sökülən eyvanlar haqda icra başçısından – Açıqlama

Paytaxtın Yasamal royunu, A.Ağayev küçəsi bina 1-də olan mənzillərə bitişik əlavə tikililər sökülməsi ilə bağlı məsələ artıq həllini tapıb. Qafqazinfo” xəbər verir ki, bunu AzVision.az - a açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib. O, qeyd edib ki, həmin tikililər sökülməyəcək: “Artıq məsələ öz həllini tapıb. Həmin tikililər sökülməyəcək” - deyə İbrahim Mehdiyev bildirib. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, paytaxtın Yasamal royunu, A.Ağayev küçəsi bina 1-də olan mənzillərə bitişik əlavə tikililər sökülsün. Bu ünvanda yaşayan sakinlər isə deyir ki, tikili qanunidir və bununla bağlı elə icra hakimiyyətinin verdiyi müvafiq qərar əllərindədir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol