Sosial şəbəkədə biz:

Elmar Qasımov cüdo üzrə dünya çempionatında üçüncü olub

02 September 2017, 20:55
Gündəm
Azərbaycanın iki cüdoçusu - dünya və Avropa çempionu Elxan Məmmədov ilə Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə dünya çempionatında qarşılaşıb. Çəkisi 100 kiloqram olan kişilərin mübarizəsində bürünc medal uğrunda görüşdə Elmar Qasımov komanda yoldaşı olan rəqibini məğlub edib. Bununla da o, Macarıstanda keçirilən dünya çempionatını üçüncü yerdə başa vurub.