PKK dinc durmur: Polis mərkəzi gülləbaran edildi
İstanbulun Esenyurt bölgəsinin Kıraç Polis Mərkəzi terrorçuların hücumuna məruz qalıb. Axar.az xəbər verir ki, hücumu 2 terrorçu həyata keçirib. Onlar ağır çaplı silahlardan polis mərkəzini gülləbaran ediblər. Hazırda terrorçuların tapılması üçün xüsusi təyinatlılar bölgədə əməliyyata başlayıblar.