Sosial şəbəkədə biz:

İran Azərbaycanın ən böyük qaz layihəsində payını artırmaq istəyir

21 August 2015, 10:24
Gündəm
İran Azərbaycanın ən böyük qaz layihəsi olan “Şahdəniz”də payını artırmaq niyyətindədir.   Bunu Trend-ə eksklüziv müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib. O bildirib ki, bu məsələ ilə bağlı artıq Azərbaycan tərəfi ilə danışıqlar aparılır: “İranın “NICO” şirkətinin “Şahdəniz” layihəsində iştirak payı var. Bu payı artırmaq üçün danışıqlar aparılıb”. Qeyd edək ki, “NICO” şirkəti “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir.