Sosial şəbəkədə biz:

Goranboyda toya gedən musiqiçilər qəzaya düşüb

03 September 2017, 20:19
Gündəm
Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. “ Azinforum.az ” Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağcakənd kəndində baş verib. Kəlbəcər rayon sakini, 1976-ci il təvəllüdlü Ceyhun Telman oğlu Verdiyevin idarə etdiyi dövlət qeydiyyat nişanı 99-GB-781 olan “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü və onun sərnişini, Goranboyun Qaraçınar kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 1979-cu il təvəllüdlü Hümbət Çingiz oğlu Salahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlar el şənliyində iştirak edən musiqiçilər olub və toya gedirlərmiş. Faktla bağlı araşdırma aparılır.