Sosial şəbəkədə biz:

Fələstin Ermənistanda səfirlik açır

Yaxın aylarda Ermənistanda Fələstin Administrasiyasının səfirliyi açıla bilər. Modern.az Ermənistanın “Jamanak” qəzetinə istinadən məlumat verir ki, bu barədə Fələstinin Böyük Britaniyadakı erməni əsilli səfiri Manuel Qasesyan məlumat verib. “Şərq” jurnalına özəl açıqlaması zamanı Manuel Qasesyan Mahmud Abbasdan iki ölkə arasında münasibətləri yeniləmək üçün xüsusi tapşırıq aldığını deyib. “İrəvandakı danışıqlardan sonra səfirliyin açılması barədə razılıq əldə olunub”- deyə “Jamank” qəzeti yazır. Xatırladaq ki, BMT-yə üzv 193 ölkədən 135-i Fələstinin müstəqilliyini tanıyır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol