Sosial şəbəkədə biz:

Qroznıda Myanma müsəlmanlarının müdafiəsi üçün mitinq keçirildi - VİDEO

04 September 2017, 15:29
Gündəm
Bu gün Çeçenistanın paytaxtı Qroznı şəhərində Myanmada müsəlmanlara qarşı törədilən soyqırımına etiraz edən 1 milyon nəfərdən çox yerli sakin mitinq keçirib. Virtualaz.org xəbər verir ki, aksiya təşkilatçılarının “İnterfaks”a bildirdiyinə görə, tədbirdə 1 milyondan çox insan iştirak edib. Təşkilatçılar aksiyanın hər hansı qanun pozuntusu olmadan baş tutduğunu əlavə ediblər. Qroznıdakı mitinqin əsas şüarı “Myanmada müsəlmanların soyqırımına yox!” olub. Respublika rəhbərliyi mitinqdə iştirak edib.