Sosial şəbəkədə biz:

Prokuror Xədicə İsmayıla 9 il iş istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyavanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı Ramazan Hadıyev onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu barədə Trend-in məhkəmədəki jurnalisti məlumat verib. Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol