Sosial şəbəkədə biz:

Azərbaycanlı hakim İsveç - Kipr qarşılaşmasını idarə edəcək

04 September 2017, 17:27
Gündəm

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Ömər Paşayev yeni təyinat alıb.

AzVision.az-ın məlumatına görə, gənc FİFA referisi 21 yaşadək futbolçular arasında Avropa çempionatının İsveç - Kipr qarşılaşmasını idarə edəcək. Sentyabrın 5-də İsveçin Falkenberq şəhərindəki eyniadlı arenada keçiriləcək 6-cı qrupun II tur matçında Paşayevə Namiq Hüseynovla Mübariz Haşımov yan xətt, Rauf Cabbarov isə dördüncü hakim qismində yardımçı olacaqlar. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlanacaq. Qeyd edək ki, ilk turda Kipr Maltanı 2:1 hesabı ilə məğlub edib, İsveç isə hələ oyun keçirməyib.