Sosial şəbəkədə biz:

Müharibəyə saatlar qaldı: Şərq qaynayır

Şimali Koreya demilitarizasiya olunmuş zonaya özünün 76,2 millimetrlik haubitsalarını yerləşdirib.   Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Renxap” agentliyi yayıb.   Agentliyin məlumatına görə, Cənubi Koreya Pxenyan əsgərlərinin hərəkət istiqamətlərini pilotsuz aparatlar vasitəsilə öyrənib.   Dünən mətbuat Şimali Koreyanın “Skad” və “Nodon” raketlərini hazırlıq vəziyyətinə gətirdiyi haqqında məlumat yaymışdı.   Bu gün axşam Pxenyanın Seula səsgücləndiricilərin sərhəddən yığışdırılması ilə bağlı verdiyi 48 saatlıq müddət başa çatır. Cənubi Koreya bu tələbi yerinə yetirməyəcəyi halda Şimali Koreya onların hər birini məhv edəcəyini bildirib. Seul isə Şimali Koreyaya qarşı psixoloji savaşdan əl çəkmək niyyətində olmadığını deyib.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol