Sosial şəbəkədə biz:

Ramil Səfərov Aygün Kazımovanın konsertində - FOTO

Gecəyə dostları ilə qatılan zabiti cangüdənlər müşayiət edib. Azərbaycanlı zabit Ramil Səfərov xalq artisti Aygün Kazımovanın “Ayrılarmı könül candan” adlı konsertinə qatılıb. Azinforum.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, gecəyə dostları ilə qatılan zabiti cangüdənlər müşayiət edib. R.Səfərovun fotolarının çəkilməsinə icazə verilməsə də, əməkdaşımız hərbçinin bəzi şəkillərini lentə ala bilib. Qeyd edək ki, xalq artisti səhnəyə transparan köynək və qısa şortda çıxıb. İlk olaraq “Coffee from Colombia” mahnısını səsləndirən Kazımova daha sonra qonaqları salamlayıb: “Xoş gəlmisinz, canlarım. Bu gün sizlərə əsl şou göstərəcəm. Sizinlə birlikdə həm oxuyacam, həm rəqs edəcəm. Yanımda olduğunuz üçün təşəkkür edirəm”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol