Sosial şəbəkədə biz:

İlham Əliyev Poroşenkonu təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın Müstəqillik günü münasibətilə Ukrayna prezidenti Pyotr Poroşenkoya təbrik məktubu göndərib.   APA-nın Azərbaycanın Ukraynadakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, məktubda deyilir: “Ukraynanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq dövlətlərarası münasibətlərimiz bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və rifah diləyirəm”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol