Sosial şəbəkədə biz:

Bakıda uşaq bağçasında faciə: ölən var

07 September 2017, 14:16
Gündəm
Bakıdakı uşaq bağçalarından birində ölüm hadisəsi baş verib. Yeni Yasamal 5 ünvanında yerləşən 98 saylı uşaq bağçasında tərbiyəçi işləyən 1958-ci il təvəllüdlü Qasımova Nərgiz Qubad qızının vəziyyəti birdən-birə kəskinləşib. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Lent.az-ın verdiyi ilkin məlumata görə, 59 yaşlı tərbiyəçi ürək tutmasından vəfat edib. Araşdırma aparılır.