Sosial şəbəkədə biz:

Sabah Bakıda və rayonlarda yağış yağacaq

07 September 2017, 14:36
Gündəm
Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən, yağmursuz keçəcəyi gözlənilir. Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun yarımadada gecə 20-24°, gündüz 25-28° isti, Bakıda gecə 21-23°, gündüz 25-27° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 28-33°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacaq.