Müsəlmanları daşıyan iki qayıq batıb, azı 11 nəfər həlak olub
Myanmada ordunun təzyiqindən qaçan müsəlmanları daşıyan iki qayıq batıb. Nəticədə 11 nəfər həlak olub.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, hər qayıqda 20-25 insan olub.
Myanmadan qaçmaq istəyən on minlərlə müsəlman Banqladeşə keçmək üçün sərhəd bölgəsində gözləyir.