Sosial şəbəkədə biz:

TAP üzrə işlərin 50%-dən çoxu tamamlanıb

07 September 2017, 21:28
Gündəm
Sentyabr ayının əvvəlinə Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru Kəməri (TAP) üzrə işlərin 50%-dən çox hissəsi tamamlanıb. “Report” TAP-a istinadən xəbər verir ki, bura mühəndislik, satılma və tikinti işləri daxildir. Qeyd olunub ki, tikintiyə başlayandan keçən təxminən 16 ay ərzində 16 mln. adam/saat iş görülüb. TAP-ın podratçıları Yunanıstan və Albaniyada layihənin marşrutunun təxminən 70%-ni (765 km-dən 539-ni) təmizləyiblər. Qaynaqlanan polad boruların 45%-dən çox hissəsi döşənib. TAP-in tikintisində istifadə olunacaq 55 min borunun təxminən 95%-i Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb. Boru kəmərinin dəniz hissəsində istifadə olunacaq boruların sonuncu partiyası sentyabrın 3-6-da Brindisidə (İtaliya) boşaldılıb. TAP-ın keçdiyi ölkələrdə ümumilikdə 5 500 nəfərdən çox şəxs çalışır. TAP-ın icraçı direktoru Luka Şipati boru kəməri üzrə işlərin vaxtında və büdcəyə uyğun icra olunduğunu bildirib: “Buna görə də “Şahdəniz-2” üzrə ilk qazın 2020-ci ildə Avropaya çatdırılacağı proqnozunu saxlayırıq”.