Sosial şəbəkədə biz:

Günəşdə güclü partlayış baş verdi

08 September 2017, 10:14
Gündəm
Ötən gün Günəşdə növbəti dəfə güclü partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Lebedev adına Fizika İnstitutu “GOES-15” peykinin ötürdüyü məlumatlara əsasən informasiya yayıb. Alimlər baş verən partlayışın Günəş tacında meydana gələn dəyişikliklərin təbii bir nəticəsi olduğunu qeyd ediblər. Partlayış ən yüksək aktivlik səviyyəsi hesab olunan X səviyyədə olub. Qeyd edək ki, Günəş partlayışları beş növə bölünür: A, B, C, M və X.