Sosial şəbəkədə biz:

İcra başçısının xanım müavini işdən çıxarıldı

08 September 2017, 11:31
Gündəm
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin xanım müavini işdən azad edilib. AzVision.az xəbər verir ki, icra başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəxşəndə Rəcəbova təqaüdə göndərilib. Onun yerinə İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin mudiri Zeynalova Zivər Oktay qızı təyin olunub.