Sosial şəbəkədə biz:

Manaf Ağayevin axtardığı böyrək tapıldı:“Pul lazım deyil”

08 September 2017, 13:14
Gündəm
“Kral” ansamblının üzvü Məhərrəm Xələfova böyrəyimi verməyə hazıram”. Bunu AzNews.az-a açıqlamasında Bakı şəhər sakini Fikrət Həsənov deyib. O, böyrəyini təmannasız verməyə hazır olduğunu deyib: “Mənə pul lazım deyil. Sadəcə insanlıq edirəm. Bir qarışqa yaratmamışıq. Həyatı təhlükədə olan bir insanın ölümünə göz yummaq olmaz”. Fikrət Həsənov Bakı şəhərində işlədiyini deyib: “Beton daşıyıram”. Qeyd edək ki, müğənni Manaf Ağayev xalqdan yardım istəyib. Sənətçi “Kral” ansamblının rəhbəri Məhərrəm Xələfovun böyrək çatışmazlığından əziyyət çəkdiyini bildirib.