Sosial şəbəkədə biz:

Sabah 30 dərəcə isti gözlənilir

08 September 2017, 13:17
Gündəm
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.   "Qafqazinfo"ya daxil olan məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 27-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Sentyabrın 9-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.