Sosial şəbəkədə biz:

Myanma müsəlmanlarına yardım göndərilir - Prezident göstəriş verdi

08 September 2017, 16:06
Gündəm
Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən humanitar yardım göndərilir. "Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir. Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.