Sosial şəbəkədə biz:

Həmməruzəçilərin Bakıya səfərinin vaxtı məlum oldu

09 September 2017, 13:15
Gündəm

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana gələcəkləri vaxt məlum olub.

Milli Məclisindən verilən məlumata görə, həmməruzəçilər Stefan Şennak və Sezar Florin Preda sentyabrın 13-17-də Azərbaycanda səfərdə olacaqlar. Həmçinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin katibi Delsin Freyman da Azərbaycana səfər edəcək. Səfər zamanı AŞPA Monitorinq Komitəsinin katibi və həmməruzəçiləri Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri , Milli Məclisin sədri Oqtay Əsədovla və rəhbər vəzifəli şəxslərlə görüşlər keçirəcək.