Sosial şəbəkədə biz:

PKK türkləri Ərdoğan əleyhinə üsyana çağırdı

PKK terror təşkilatı türk millətini AKP hökumətinə qarşı üsyana çağırıb. Avropa.info xəbər verir ki, Şimali İraqın Qəndil dağındakı kamplarının bombalanmasından sonra İrana qaçan Murad Karayılan Cəmil Bayıkın rəhbərlik etdiyi PKK-nın bir qolu olan KCK İcra Şurası Fırat Xəbər Agentliyinə (ANF) yazılı bir açıqlama göndərib. Bir sıra Qərb informasiya agentliklərində də dərc olunan açıqlamada terrorçular Gəziçiləri üsyana çağırıb: "Bu təcavüz qarşısında müqavimət göstərilmədiyi təqdirdə başda kürd xalqının azadlıq mübarizəsi olmaqla bütün demokratik qüvvələri əziləcək, beləliklə, AKP-nin avtoritar rejim yaratmaq məqsədinin qarşısında heç bir maneə qalmayacaq. AKP-ni durdurmaq lazımdır . Bu baxımdan Türkiyə xalqlarının da Səfərdə olduğu kimi hərəkətə keçməsi, kürd xalqı ilə birlikdə AKP-nin oyunlarını pozması lazımdır. Gəzi ruhunun ayağa qalxmasının əsl zamanıdır".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol