Sosial şəbəkədə biz:

İƏT ilə Türk Şurası arasında anlaşma Memorandumu imzalanıb

10 September 2017, 21:25
Gündəm
Astanada İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) arasında Anlaşma Memorandumu imzalanıb. Türk Şurası katibliyindən APA-ya verilən məlumata görə, Memorandum İƏT-in elm və texnologiya üzrə birinci Sammiti çərçivəsində İƏT baş katibi Yusif Əl-Osaymin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov tərəfindən imzalanıb. İki təşkilat arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirəcək memorandum, həmçinin Türk Şurasının İƏT-ə müşayiətçi statusu ilə üzvlüyünə əsas verir.