Sosial şəbəkədə biz:

“Qarabağ” klubu Londona yola düşdü - Fotolar

10 September 2017, 21:30
Gündəm

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında “Çelsi”nin qonağı olacaq Ağdamın “Qarabağ” klubu bu gün Londona yola düşüb.

“Çelsi” - “Qarabağ” matçı sentyabrın 12-də Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. UEFA Gənclər Liqasında mübarizə aparacaq “Qarabağ”ın U-19 komandası da əsas heyətlə birlikdə səfərə yollanıb. Gənclərin qarşılaşması isə Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.