Sosial şəbəkədə biz:

Bakının məşhur otelində adam öldü - VİDEO

Hadisə nişan mərasimində baş verib. Bakının ən məşhur otellərindən olan "Baku Boulevard hotel"də ölüm hadisəsi baş verib. Azinforum.Az xəbər verir ki, AZXEBER.COM-un məlumatına görə, oteldə baş tutan nişan mərasimində iştirak edən qonaqlardan birinin səhhəti qəflətən pisləşib və o yerə yıxılıb. Otel işçiləri dərhal təcili tibbi yardımı hadisə yerinə çağırsa da, həkimlər 40 dəqiqə sonra otelə giriblər. Xəstəyə ilkin tibbi yardım göstərilsə də, onun həyatını qurtarmaq mümkün olmayıb. Şahidlərin dediyinə görə, həkimlərin səhlənkarlığı və hadisə yerinə olduqca gec gəlmələrinə görə 48 yaşında olan kişi dünyasını dəyişib. Oxu.Az hadisə yerindən videonu təqdim edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol