Sosial şəbəkədə biz:

Nazarbayevin sabiq milli təhlükəsizlik nazirinə hökm oxundu

11 September 2017, 13:54
Gündəm
Qazaxıstanın hərbi məhkəməsi Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri Nartay Dutbayevi dövlət sirlərini yaydığı üçün 7il 6 ay həbs cəzasına məhkum edib. Avropa.info xəbər verir ki, o, həmçinin vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunub. Həbs cəzası ilə birlikdə general-leytenant rütbəsindən və dövlət mükafatlarından məhrum edilib. Xatırladaq ki, 2016-cı ilin dekabrında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi dövlət sirlərinin yayılması ilə bağlı bir sıra məmurlara, o cümlədən Nartay Dutbayevə qarşı cinayət işi qaldırmışdı.