Sosial şəbəkədə biz:

Azərbaycan vətəndaşları Türkiyədə bir ayda 68 ev alıb

2015-ci il iyul ayında Azərbaycan vətəndaşları Türkiyədən 68 ədəd mənzil alıb. Bu barədə Türkiyə Statistika Qurumunun yaydığı məlumatda bildirilib. Cari ilin 7 ayında isə Azərbaycanlılara türklər 458 ədəd mənzil satıb. Qeyd edək ki, Türkiyə daxilində mənzil satışları 2015-ci ilin iyul ayında keçən ilin analoji dövrünə nisbətən 13,5% artaraq 96589 ədəd olub. Bu isə son beş ayın ən aşağı satış rəqəmləridir. İyulda Türkiyədən ən çox mənzil İraq (362), Səudiyyə Ərəbistan (233) və Rusiya Federasiyasının (195) vətəndaşları alıb. Qeyd edək ki, Azərbaycan bu sırada 9-cu yerdə qərarlaşıb (oxu.az).


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol