Sosial şəbəkədə biz:

Azərbaycanda hava sabahdan mülayimləşəcək

Temperatur tədricən yüksələcək

Azərbaycan ərazisində müşahidə olunan yağışlı və qeyri-sabit hava şəraiti sabahdan etibarən mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, Bakı və Abşeron yarımadasında müşahidə olunan yağışların axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Axşam havanın temperaturu 5 dərəcəyədək yüksələcək. Martın 24 və 25-də isə havanın temperaturunun yüksələrək gündüz saatlarında 8-12 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə martın 25-i gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Martın 26-da tədricən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu Aran rayonlarında 8-13, dağlıq ərazilərdə 3-8 dərəcəyədək yüksələcək.
Sabahın hava proqnozuna gəlincə, martın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin axşama doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 şaxta, gündüz 1-6 dərəcə isti olacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol