Sosial şəbəkədə biz:

Bakıda “Şah” hamamının kassasını taladılar

Bakıda hamamda cinayət baş verib. Virtualaz.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, avqustun 23-də Binəqədi rayonu ərazisində yerləşən “Şah” hamamının xəzinəsindən 1845 manat oğurlanıb. Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlər - Yevlax rayon sakini Kərimxan Kərimov, Ağdaş rayon sakini Vüsal Əyyublu və Ucar rayon sakini Hüseyn Cəfərzadə tutulublar. Məlumatda o da bildirilir ki, oğurluq edənlər elə həmin hamamda işləyirlərmiş. Araşdırmalar davam etdirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol