Sosial şəbəkədə biz:

«Apple» «iPhone 6 Plus»u satışdan çıxarır – Şikayətlər var

«Apple» şirkəti «iPhone 6 Plus» smartfonlarını satışdan çıxarır. Buna səbəb telefonların arxa kamerası ilə bağlı yaranmış nasazlıqdır. Strateq.az xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı yayıb. Xəbərə görə, alıcıların əsas şikayəti bu telefonlarla çəkilən şəkillərin aydın olmamasıdır. Şirkətdən bildiriblər ki, nasazlıq «iPhone 6 Plus»ların hamısında yox, bir hissəsində aşkarlanıb. Əgər müştəri öz telefonunda məlum qüsurun olub-olmadığını öyrənmək istəyirsə, «Apple»ın rəsmi saytındakı xüsusi səhifəyə daxil olub telefonunun seriya nömrəsini qeyd etməlidir. Şirkətdən söz veriblər ki, telefonlardakı qüsur onların hesabına aradan qaldırılacaq.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol