Sosial şəbəkədə biz:

Kiyevdə atışmaya görə saxlanılan azərbaycanlıların kimliyi məlum olub

Ukraynanın paytaxtı Kiyevin mərkəzində yerli silahlı dəstə ilə atışan və milis tərəfindən saxlanılan azərbaycanlıların kimliyi məlum olub.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA - ya açıqlamasında bildirib ki, onlardan biri Azərbaycan vətəndaşı, Bakı qeydiyyatında olan Ağayev Davud Şahvələd oğlu, digəri isə Ukrayna vətəndaşı, milliyətcə azərbaycanlı Əliyev İqordur.
A. Osmanov bildirib ki, əldə etdikləri qeyri rəsmi məlumata görə, şəhərin mərkəzində Bessarabiski bazarının yaxınlığında baş verən silahlı atışmada hücum edənlər azərbaycanlılar olublar və elə dərhal da milis tərəfindən saxlanılıblar. O həmçinin bildirib ki, bu gün onlar barədə məhkəmə müvafiq qərar da çıxarmalıdır.
Qeyd edək ki, azərbaycanlılarla yerlilər arasında baş verən hadisə martın 26-sı yerli vaxtla saat 13:00 radələrində baş verib. Hadisə zamanı yerli dəstənin üzvlərindən 3 nəfər yaralanıb. Onlar hazırda xəstəxanadadırlar. Hadisə zamanı yaxınlıqdakı milis patrul xidmətinin müdaxiləsi nəticəsində qaçan azərbaycanlıları mərkəzi “Bessarabski” bazarı yaxınlığında saxlamaq mümkün olub. Onlar saxlanılan zaman milisə müqavimət göstəriblər. Azərbaycanlılara məxsus avtomobildən külli miqdarda silah-sursat aşkar olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol