Sosial şəbəkədə biz:

İsmayıllıda 60 minlik qızıl necə oğurlandı?

İsmayıllıda oğurluq hadisəsi baş verib

AzVision.az-ın əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında kimliyi hələlik müəyyən edilməyən şəxs rayonun mərkəzində yerləşən qızıl mağazasını soyub. Şahidlərin bildirdiyininə görə, oğurluq filmlərdə gördüyümüz səhnə üzrə baş verib. Belə ki, Murad Adgözəlov səhər saatlarında sahibi olduğu qızıl mağazasını açarkən tanımadığı bir nəfər ona yaxınlaşaraq kosmetika və gül buketi almaq istədiyini bildirib. Müştərinin arzusunu reallaşdırmaq üçün mağazadan uzaqlaşan sahibkar çanta dolu qızılı piştaxtanın üstündə qoyub obyektdən uzaqlaşıb. Müştəri cildinə girən oğru satıcı qızın başının qarışıq olduğundan istifadə edərək çanta dolu qızı götürərək aradan çıxıb. Mağaza sahibinin bildirdiyinə görə, oğurlanan çantada 50-60 min manat civarında qızıl-zinət əşyaları olub. Hadisə ilə bağlı cinayət işi açılıb, polis tərəfindən araşdırma aparılır. Hələlik oğrunun kimliyi müəyyən edilməyib. Şahidlərin dediyin görə, oğurluq edən şəxs İsmayıllı sakini deyil.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol